SON DƏQİQƏ
» » Nikki Heyli: "Rusiya heç vaxt dostumuz olmayacaq”

Nikki Heyli: "Rusiya heç vaxt dostumuz olmayacaq”

Tarix:

25-07-2018, 17:58

/ 10 318 dəfə oxundu.
Nikki Heyli: "Rusiya heç vaxt dostumuz olmayacaq”

ABŞ Rusiya və onun prezidenti Vladimir Putinə heç vaxt güvənməyib, heç vaxt da güvənməyəcək.

GunAz.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

“Rusiya və Putinə güvənmirik, heç vaxt da güvənməyəcəyik. Heç vaxt bizim dostumuz olmayacaqlar. Bu, adi bir həqiqətdir”, - deyə amerikalı diplomat qeyd edib.

ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasında Finlandiyada keçirilmiş görüşün əhəmiyyətli olduğunu bildirən Nikki Heyli görüşü uzun vaxtdır gözlədiklərini diqqətə çatdırıb.

Heyli rəsmi Vaşinqtonun Moskvaya yönəlik siyasətindən də məmnun olduğunu vurğulayıb.

Tramp isə görüşdən əvvəl Putinin düşmən olmadığını, bəlkə bir gün dost olacağını demişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ