Türkiyə şəhid verib.
GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı dağında baş verib. Belə ki, əl bombasının partlaması nəticəsində 3 əsgər yaralanıb.
Yaralı hərbçilər ambulansla xəstəxanalara aparılıb. Əsgərlərdən biri həkim müdaxiləsinə baxmayaraq vəfat edib. Digər 2 hərbçinin vəziyyəti ağırdır.