SON DƏQİQƏ
» » Avtomobildə yaddan çıxan 6 aylıq körpə öldü

Avtomobildə yaddan çıxan 6 aylıq körpə öldü

Tarix:

23-06-2018, 14:25

/ 10 205 dəfə oxundu.
Avtomobildə yaddan çıxan 6 aylıq körpə öldü

Kanadada dəhşətli hadisə baş verib.
Gunaz.Az Faktor.az-a istinadən xəbər verir ki, Monreal şəhərində 6 aylıq körpə gün boyu avtomobildə qalıb. Şəhər polisinin sözlərinə görə, ata uşağı bağçaya aparmağı unudub və onu avtomobildə yaddan çıxararaq, işə gedib. Axşam saatlarında uşağı götürmək üçün bağçaya gedəndə isə işçilər “bu gün övladınızı gətirməmisiniz” deyiblər. Bundan sonra ata maşına baxmağa gedib.
Polisin sözlərinə görə, ata maşını yoxlayandan sonra uşağının huşunu itirdiyini görüb:
“Körpə gün boyu maşında havasız qalıb. Həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Valideynləri də şok keçirdikləri üçün xəstəxanaya yerləşdiriliblər. Lakin hazırda hansısa günahlandırma ilə bağlı danışmaq üçün tezdir. İstintaqdan sonra hər şey aydın olacaq”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ