SON DƏQİQƏ
» » Ermənistanın sabiq prezidenti: “Son hadisələr bizim üçün faciə ilə bitə bilər”

Ermənistanın sabiq prezidenti: “Son hadisələr bizim üçün faciə ilə bitə bilər”

Tarix:

4-06-2018, 13:48

/ 10 312 dəfə oxundu.
Ermənistanın sabiq prezidenti: “Son hadisələr bizim üçün faciə ilə bitə bilər”

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan işğal altındakı Dağlıq Qarabağın Xankəndi şəhərində baş verən hadisələri şərh edib.

Gunaz.az xəbər verir ki, ötən həftə sonu Xankəndində xüsusi xidmət orqanı əməkdaşları ilə yerli ermənilər arasında ciddi toqquşma olmuşdu. Döyülən yerli ermənilər xüsusi xidmət orqanı əməkdaşlarının həbsini tələb edirlər.

Ter-Petrosyanın fikrinə görə, Ermənistanda baş verənlərin (kütləvi etiraz aksiyaları nəzərdə tutulur) Qarabağda təkrarlanması yolverilməzdir:

“Bu, yolverilməzdir. Belə aksiyalar faciəvi sonluqla bitə bilər. İnsidentə görə məsul olan şəxslər cəzalandırılmalıdır. Daxildə baş verən istənilən qığılcım böyük faciələrə səbəb ola bilər. Azərbaycan bu vəziyyətdən istifadə edə bilər.

Nikol Paşinyan, Robert Köçəryan, Serj Sarkisyan, Arkadiy Qukasyan vəziyyətə nəzarət etməli, vəziyyəti sakitləşdirməlidirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ