SON DƏQİQƏ

Gürcüstanın baş prokuroru istefa verdi

Tarix:

31-05-2018, 19:54

/ 10 439 dəfə oxundu.
Gürcüstanın baş prokuroru istefa verdi

Gürcüstanın Baş Prokuroru İraklı Şotadze istefa verib.

Gunaz.az xəbər verir ki, bu barədə Sputnik-in Gürcüstan bölməsi məlumat yayıb.

Buna səbəb kimi Tiflis məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı verdiyi qərar olub.

Belə ki, məhkəmənin şübhəli şəxsləri qismən təqsirli bilməsi cəmiyyətin ciddi etirazına səbəb olub və Şotadzenin istefası tələb edilib.

Xatırladaq ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər.

Hadisədə şübhəli bilinən 2 yeniyetmənin məhkəməsi davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ