SON DƏQİQƏ

Trampın Suriyaya niyyəti

Tarix:

5-04-2018, 11:37

/ 10 273 dəfə oxundu.
Trampın Suriyaya niyyəti

ABŞ prezindenti Donald Tramp Suriyadakı ordunu geri çəkmək niyyətindədir.

Gunaz.az xəbər verir ki, bu barədə “Associated Press” Ağ Evdəki mənbəsinə istinadən yazıb. Yazıda qeyd edilir ki, Tramp 2 minə yaxın amerikalı əsgəri ölkəyə qaytarmaq istəyini rəsmi şəkildə bəyan etməsə də, sonuncu İŞİD terrorçusu məhv edilənə kimi bunu həyata keçirəcəyini deyib.

Mənbənin sözlərinə görə, ölkə başçısı geri qaytarma kampaniyasını 6 ay ərzində yerinə yetirmək istəyir. Lakin Pentaqon, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi bu addımın gətirəcəyi mümkün nəticələrdən ciddi şəkildə narahatdır. 

скачать dle 12.1

Şərhlər