SON DƏQİQƏ

Tramp şəxsi pilotuna vəzifə verdi

Tarix:

27-02-2018, 19:56

/ 6 378 dəfə oxundu.
Tramp şəxsi pilotuna vəzifə verdi

ABŞ Prezidenti Donald Tramp 29 ildir ona pilotluq etmiş Con Dunkini Mülki Aviasiya Təşkilatı rəhbərliyinə namizəd göstərib.

Gunaz.az xəbər verir ki, prezidentin namizədi Mülki Aviasiya Təşkilatında qeydiyyata alınıb.

Donald Trampın şəxsi Boeing 757 təyyarəsinə kapitanlıq edən Con Dunkin eyni zamanda prezidentin hava yollarının rəhbəridir.

Mülki Aviasiya Təşkilatının məşğul olduğu vacib işlərdən biri hava nəqliyyatının özəlləşdirilməsi prosesidir. Prezident Tramp ötən il indi mövcud olan sistemi tənqid edərək bildirib ki, onun çox ağıllı pilotu var və bu istiqamətdə nələr edəcəyini yaxşı bilir.

Qeyd edək ki, Trampın şəxsi pilotu olan Dunkin bu təşkilatın rəhbərliyinə yeganə namizəd deyil. Onun rəqibi Dan Elvell və Konqres üzvü Sam Graves də var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ