SON DƏQİQƏ
» » BMT: "Afrindəki əməliyyatları dayandırmaq zəruridir"

BMT: "Afrindəki əməliyyatları dayandırmaq zəruridir"

Tarix:

21-02-2018, 07:37

/ 1 475 dəfə oxundu.
BMT: "Afrindəki əməliyyatları dayandırmaq zəruridir"

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Türkiyəni Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırıb.

 Bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlər nə qədər çox olsa, bizim yardıma ehtiyacı olanlarla əlaqəmiz o qədər az olar", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Suriyanın Bəşər Əsədə bağlı silahlılarının Afrinə doğru hərəkət etməsi barədə məlumat yayılıb. Türkiyə ordusunun Afrində terrorçulara qarşı keçirdiyi "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

скачать dle 12.1

Şərhlər