SON DƏQİQƏ

Yanacaq tankeri aşdı- DƏHŞƏTLİ ANLAR

Tarix:

12-02-2018, 15:21

/ 1 065 dəfə oxundu.
Yanacaq tankeri aşdı- DƏHŞƏTLİ ANLAR

Gunaz.az xəbər verir ki,Pekin-Harbi şossesində sıxılmış qaz daşıyan tankerdə yanacaq sızması nəticəsində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ətrafda olan avtomobillər və onların içərisindəki sərnişinlər yanacağın mühasirəsində qalıblar. LiveLeak-in verdiyi məlumata görə hadisə fevralın 11-də baş verib.

 

Baş verən dəhşətli hadisə arxadan gələn avtomobilin videoregistrində qeydə alınıb.Bu zaman qabaqdakı avtomobil birdən alışır. Sürücü dərhal düşməyə çalışsa da, bacarmır. Saniyələr sonra ikinci avtomobil də yanğının cənginə düşür. Videoregistrin olduğu avtomobil isə maşının arxa-arxaya verir. Bu zaman yolun qırağındakı ağacların da alışdığı görünür.

Az sonra qarşıdakı avtomobillərdən insanların düşərək qaçdığı görünür.

 

Rəsmi məlumatlara görə tankerin sürücüsü ağır yanıq xəsarəti alıb. O biri 3 maşında olan 7 sərnişin isə kiçik yaralarla canlarını qurtarıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ