SON DƏQİQƏ
» » İrandan gözlənilməz: “Zeytun budağı” əleyhinə kampaniya – Foto

İrandan gözlənilməz: “Zeytun budağı” əleyhinə kampaniya – Foto

Tarix:

27-01-2018, 10:58

/ 1 348 dəfə oxundu.
İrandan gözlənilməz: “Zeytun budağı” əleyhinə kampaniya – Foto

İran Türkiyənin “Zeytun budağı” əməliyyatına qarşı kampaniyaya start verib.

Gunaz.az Teleqraf.com-a istinadla xəbər verir ki, İran Radio və Televiziya Şirkətinə bağlı olan Press TV Afrin əməliyyatından yanlış informasiyalar yayır.

İngilis dilli Press TV əməliyyatı “Suriya kürdlərinə hücum” kimi təqdim edir.

Telekanalın Feysbuk və Tvitter hesablarında Türkiyə Silahlı Qüvvələrinin əməliyyatında onlarla mülki insanın öldüyü iddia edilir.

Paylaşılan görüntülərin birində bir neçə yaralının xəstəxanaya aparıldığı göstərilir. Xəstəxananın divarında isə İran, İraq və Suriyada minlərcə insanın ölümünə səbəb olan PKK lideri Abdulla Öcalanın portireti diqqəti cəlb edir.

скачать dle 12.1

Şərhlər