SON DƏQİQƏ

Van Damm Türkiyədə idman mərkəzi açır

Tarix:

20-12-2017, 13:59

/ 943 dəfə oxundu.
Van Damm Türkiyədə idman mərkəzi açır

Dünya ulduzu Jan-Klod Van Damm türkiyəli iş adamları ilə birgə idman və sağlamlıq mərkəzi açacaq.

Gunaz.az yerli KİV-ə istinadən bildirir ki, mərkəzin Türkiyədə otuz, dünyada yüz filialı olacaq.

İdman və sağlamlıq mərkəzi ilk olaraq Tükiyənin İzmit şəhərində açılacaq. Türk iş adamları ilə birgə biznes qurmaqdan məmnunluq duyduğunu deyən Jan-Klod Van Damm hər zaman belə bir idman mərkəzini arzu etdiyini bildirib.

Türk iş adamları Burçin Şahin ve Taner Barlas zamanla mərkəzdə digər dünya ulduzlarının da idman edəcəklərini qeyd ediblər. İş adamları ilk mərhələdə mərkəzdən 200 milyon gəlir əldə etməyi hədəfə alıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ