SON DƏQİQƏ

Saakaşvilinin qardaşı tutuldu

Tarix:

2-09-2017, 13:23

/ 1 618 dəfə oxundu.
Saakaşvilinin qardaşı tutuldu

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili Kiyevdə saxlanılıb.

GUNAZ.az xəbər verir ki, bu haqda keçmiş prezidentin özü Feysbuk səhifəsində yazıb.

"Bu gün səhər Avakovun (Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov –red.) səkkiz nümayəndəsi qardaşım David Saakaşvilini saxlayıb. Kiyevdə evindən çıxarkən saxlanılan qardaşımı naməlum istiqamətə aparıblar. O, hüquqşünasdır və Ukraynada yaşamaq üçün sənədə malik idi. Görünür, beləliklə mənə təsir etməyə çalışırlar ki, Ukraynaya qayıtmaq fikrindən daşınım. Siz məni çox pis tanıyırsınız, bu, mənim Ukraynanı və ukraynalıları müdafiə etməyə qətiyyətmi daha da gücləndirir”, - o qeyd edib.
David Saakaşvilinin saxlanılması haqqında rəsmi məlumat hələ yoxdur.
Qeyd edək ki, Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili sentyabrın 10-da Polşa-Ukrayna sərhədi ilə ölkəyə qayıdacağını açıqlayıb. Rəsmi Kiyev onun ölkə ərazisinə buraxılmayacağını bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ