SON DƏQİQƏ
» » ABŞ-da yaşamaq neçəyə başa gəlir? - Xərclərin siyahısı

ABŞ-da yaşamaq neçəyə başa gəlir? - Xərclərin siyahısı

Tarix:

4-08-2017, 17:21

/ 5 442 dəfə oxundu.
ABŞ-da yaşamaq neçəyə başa gəlir? - Xərclərin siyahısı

ABŞ-da yaşamaq çoxlarının arzusudur. Bəs bu ölkənin şəhərlərində yaşam neçəyə başa gəlir?
GUNAZ.az xəbər verir ki, ABŞ-ın maliyyə xidmətləri şirkəti "GoBankingRates” ölkənin ən böyük 50 şəhərində ev təsərrüfatlarının gəlirlərinin, aylıq mənzil kreditlərinin, kirayə və zəruri xərclərinin müqayisəsini aparıb. Bəlli olub ki, super dövlətdə ən bahalı yaşam San-Fransiskodadır.
San Fransiskoda yaşamaq baha başa gəlir
"GoBankingRates”in məlumatına görə, ABŞ-ın ən böyük 50 şəhərinin 39-da əhalinin illik gəliri mənzil və zəruri xərclərindən aşağıdır. Buna görə də bir vətəndaşın orta xərclərini nəzərə aldıqda 50 şəhərin arasında ən bahalısı San-Fransiskodur. 
Bu şəhərdə bir ailənin rahat həyat yaşaması orta hesabla illik 110 min dollara başa gəlir. Şəhərdə vətəndaşların illik gəliri isə 81-200 dollardan aşağıdır. 
ABŞ-ın texnologiya nəhənglərindən "Apple”, "Google” kimi şirkətlərə ev sahibliyi edən San-Fransiskonun körfəz bölgəsində aylıq kirayə xərci 4 min 500 dollardır.  Evlərin qiymətlərinə gəldikdə, 1 milyon 200 min dollar təşkil edir.

Nyu-Yorkda bir ailənin illik xərci 86 min 400 dollardır 
Ölkənin maliyyə mərkəzi olaraq qəbul edilən Nyu-Yorkda bir ev təsərrüfatının rahat yaşaması illik 86 min 400 dollar vəsait tələb edir. Bu şəhərdə bir vətəndaşın illik gəliri orta hesabla 53 min 300 dollardır. 
8,5 milyon əhalisi olan Nyu-Yorkda aylıq kirayə xərci 2 min 700 dollardır. Mənzillərin qiymətləri orta hesabla 775 min dollar səviyyəsindədir.

Mayami və Los-Ancelesdə qiymətlər od tutub yanır 
ABŞ-ın ən yüksək xərcli şəhərləri sırasında üçüncü yeri Mayami və Los-Anceles tutur. Hər iki şəhərdə bir vətəndaşın illik xərci orta hesabla 76 min dollardır. Mayamidə 1 nəfərin illik gəliri 31 min dollar, Los-Ancelesdə isə 50 min dollar təşkil edir.  
Mayamidə aylıq kirayə xərci  4 min 500 dollar, evlərin qiymətləri isə 439 min dollardır. 
Los-Ancelesə gəlincə, aylıq kirayə haqqı 4 min dollar, mənzillərin dəyəri  725 min dollardır. 

Ən ucuz şəhərlərdən ikisi Texasda yerləşir
ABŞ-da bir ailə rahat yaşamaq və eyni zamanda, qənaət etmək istəyirsə, bunun üçün ölkənin daha az populyar şəhərlərini seçiməlidir.
ABŞ-ın ən böyük 50 şəhəri arasında Texas əyalətinin El Paso şəhərində yaşamaq daha ucuzdur. 
El Pasoda bir vətəndaşın yaşaya bilməsi üçün illik 40 min dollar pul kifayət edir. Çünki şəhərdə vətəndaşların illik gəliri 42 min 800 dollardır. 
El Pasoda aylıq kirayə xərci 100 dollar, evlərin qiymətləri isə orta hesabla 155 min dollardır.
Dünyanın ən böyük stadionlarından hesab edilən "AT&T Stadium”un yerləşdiyi Arlinqton şəhərində isə bir ailənin gəliri, illik xərcindən xeyli çoxdur. Belə ki, illik gəliri 53 min 300 dollar, xərc 46 min 400 dollardır. Bu şəhərdə aylıq kirayə xərci 1500 dollar, evlərin qiymətləri 199 min dollar təşkil edir.

Virciniya Biçdə pul da yığmaq olar 
Virciniya ştatının şərqində, Atlantik Okeanı sahilində yerləşən Virciniya Biç şəhəri isə qənaət etmək üçün ən əlverişli məkandır.
Bu şəhərdə illik gəlir 66 min 600 dollar, ailələrin illik xərcləri orta hesabla 52 min 600 dollardır. Bir ailə ayda orta hesabla 14 min dollar yığım apara bilər.
Şəhərdə aylıq kirayələrin qiyməti 1600 dollar, mənzillər  280 min dollar təşkil edir. 

скачать dle 12.1

Şərhlər