SON DƏQİQƏ
» » Türkiyədə 25-i xarici vətəndaş olmaqla 233 İŞİD-çi saxlanıldı

Türkiyədə 25-i xarici vətəndaş olmaqla 233 İŞİD-çi saxlanıldı

Tarix:

12-07-2017, 21:24

/ 5 057 dəfə oxundu.
Türkiyədə 25-i xarici vətəndaş olmaqla 233 İŞİD-çi saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Konyada İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər