SON DƏQİQƏ

Fransada fövqəladə vəziyyət ləğv olunacaq

Tarix:

4-07-2017, 21:51

/ 4 854 dəfə oxundu.
Fransada fövqəladə vəziyyət ləğv olunacaq

Fransada fövqəladə vəziyyətin noyabrın 1-də ləğv edilməsi nəzərdə tutulur.
Bu barədə Fransanın baş naziri Eduar Filipp Parlamentin aşağı palatasında çıxışı zamanı deyib.
O deyib: "Respublika prezidenti ən uzağı noyabrın 1-ə qədər ölkədə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı plan hazırlamağı tələb edib".
Daha öncə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron da ölkədə fövqəladə vəziyyətin payızda ləğv ediləcəyi barədə bildirmişdi.
Qeyd edək ki, Fransada fövqəladə vəziyyət Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildən qüvvədədir. (Trend)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər