SON DƏQİQƏ
» » Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

Tarix:

27-06-2017, 22:42

/ 3 548 dəfə oxundu.
Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

Nyu-York metrosunda qatarlardan birinin relsdən çıxması nəticəsində azı 34 nəfər xəsarət alıb.
Nyu-Yorkun Nəqliyyat İdarəsinin məlumatına görə, qəza maşinistin birdən-birə əyləci basması nəticəsində baş verib.
İlkin fərziyyəyə görə, insidentə elektrik enerjisi təchizatında yaranan problem səbəb olub. Nəticədə yol və tunelin bir hissəsinə ziyan dəyib. Qatar relsdən çıxıb. On yeddi nəfər xəstəxanaya yerləşdirilib. 
"Fox News" telekanalının məlumatına görə, qəza səbəbindən daha iki qatarın hərəkəti dayandırılıb. Onların sərnişinləri təxliyyə edilib.
Təmir briqadaları artıq elektrik enerjisi təchizatının bərpasına başlayıblar. Lakin işlərin nə zaman bitəcəyi məlum deyil.(Report)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ