SON DƏQİQƏ

Donald Tramp Roma Papası Fransisklə görüşüb

Tarix:

24-05-2017, 13:59

/ 4 018 dəfə oxundu.
Donald Tramp Roma Papası Fransisklə görüşüb

ABŞ prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə danışıqlar aparıb.
"Reuters"ə istinadən xəbər verilir ki, aeroportda ABŞ liderini Vatikanın İsveçrə qvardiyasının fəxri qarovulu qarşılayıb. Roma Papası qonağı kabinetinin qarşısında qarşılayıb. D.Tramp onunla görüşərək Papa ilə söhbət etməyi özü üçün böyük şərəf adlandırıb.
Görüş 30 dəqiqədən bir qədər çox müddətdə davam edib.
Qeyd edək ki, Papa Fransisk seçki kampaniyası zamanı dəfələrlə D.Trampı tənqid edib. Həmçinin o, milyarderin Meksika ilə sərhəddə divar tikmək vədinə "körpülər tikmək əvəzinə divarlar tikmək xristianlığa yaraşmır" deməklə cavab vermişdi. Bunun qarşılığında D.Trampın cavabı da sərt olmuşdu: "Vatikan İŞİD-in hücumuna məruz qalsa, Papa bütün varlığı ilə Trampın seçkilərdə qələbə qazanmasına dua edəcək".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər