SON DƏQİQƏ
» » Krım məscidində "Qurani-Kərim"in nüsxələrini cırıblar

Krım məscidində "Qurani-Kərim"in nüsxələrini cırıblar

Tarix:

4-05-2017, 14:48

/ 4 018 dəfə oxundu.
Krım məscidində "Qurani-Kərim"in nüsxələrini cırıblar

Krım Müsəlmanları Ruhani İdarəsi (KMRİ) Baxçasaray şəhərində yerləşən məsciddə vandalizm aktının törədildiyi barədə məlumat yayıb. 
TASS-a istinadən xəbər verilir ki, naməlum şəxslər məscidin qapısını qıraraq içəri daxil olublar. 
KMRİ-dan bildirilib ki, həmin şəxslər rəflərdən "Qurani-Kərim"in nüsxələrini götürüblər, onları parçalayıb yandırmağa cəhd ediblər: "Amma adamların namaz qılmağa gəldiyini görüncə onlar naməlum istiqamətdə qaçıblar".
Polis vandalizm faktını təsdiqləyib, faktla bağlı cinayət işi başlanılıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ