SON DƏQİQƏ
» » Londonda son vəziyyət: APA TV-nin xüsusi müxbiri hadisə yerindən xəbər verir

Londonda son vəziyyət: APA TV-nin xüsusi müxbiri hadisə yerindən xəbər verir

Tarix:

23-03-2017, 16:02

/ 4 812 dəfə oxundu.
Londonda son vəziyyət: APA TV-nin xüsusi müxbiri hadisə yerindən xəbər verir

Londonda baş verən terror aktı nəticəsində 4 nəfər ölüb. APA TV-nin Londondakı xüsusi müxbiri Rita Ömərova xəbər verir ki,  törədilən terror aktı zamanı həlak olan 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Onların arasında bir qadındır: "Hələ ki hücum edənin kimliyi bilinmir. Terror aktına görə 7 nəfər saxlanılıb. Polis hazırda terror aktının baş vermə səbəblərinin, terrorçunun kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıb. Britaniya rəsmiləri inanırlar ki, dünənki hadisəni törədən şəxsin beynəlxalq terrorçularla əlaqəsi olub".  
Hadisə sonrası paytaxt Londonda təhlükəsizlik tədbirləri görülüb, küçə və meydanlarda polis nəzarəti gücləndirilib: "Hazırda Londonda dünən baş vermiş hadisədən sonra bir sıra mərkəzi küçələr, metro stansiyaları və avtobusların həmin küçələrə girişi bağlanıb. İnsanlara da xəbərdarlıq edilib ki, həmin küçələrlə hərəkət etməsinlər. Burada dünənki hadisədən sonra biz bəzi insanlarla söhbət elədik. Həmin insanlar həqiqətən də qorxu içərisindədir. Çünki London dünyanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunurdu".

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ