SON DƏQİQƏ

Gürcüstan 6 milyonuncu turistini qəbul etdi

Tarix:

11-03-2017, 21:16

/ 3 838 dəfə oxundu.
Gürcüstan 6 milyonuncu turistini qəbul etdi

Gürcüstanın sayca 6 milyonuncu qonağı Hollandiya vətəndaşı olub. Onun ölkəyə gəlişi münasibətilə Tbilisi hava limanında təntənəli qəbul təşkil edilib.
Gunaz.az
Virtualaz.org-a istinadən xəbər verir ki, Gürcüstanın turizm administrasiyası xüsusi qonağın gəlişini əks etdirən videosüjet yayımlayıb. Həmin süjetin kadrlarından göründüyü kimi, hollandiyalı turist hava limanından birbaşa təntənəli nahara aparılıb. Bu, onun çün yüngül şok effekti yaratsa da, xoş sürpriz olub.
Casper adlı turist üçün daha bir sürpriz Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüş olub. Hökumət başçısı 6 milyonuncu turist üçün təşkil edilmiş nahara təşrif buyuraraq, onu şəxsən gürcü mətbəxi və mili folkloru ilə tanış edib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər