SON DƏQİQƏ
» » Dağıstanda İŞİD-in gizli özəyinin üzvləri saxlanılıb

Dağıstanda İŞİD-in gizli özəyinin üzvləri saxlanılıb

Tarix:

5-03-2017, 20:09

/ 8 198 dəfə oxundu.
Dağıstanda İŞİD-in gizli özəyinin üzvləri saxlanılıb

Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda İŞİD terror təşkilatının gizli özəyinin üzvlərini saxlayıb. Gunaz.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı cinayətlər həyata keçirməyi planlaşdırılan gizli özək Dağıstanın 4 sakinindən ibarət olub.
Bu gün səhər saatlarında Dərbəndin Buynaksk küçəsindəki evlərin birində İŞİD-in gizli özəyinin üzvlərindən birinin olduğu barədə məlumat daxil olub. Ev mühasirəyə alınıb, ancaq terrorçu təslim olmaqdan imtina edərək atəş açıb. Cavab atəşi ilə terrorçu zərərsizləşdirilib. Gizli özəyin digər 3 üzvü başqa ünvanlarda aşkarlanaraq saxlanılıb. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ