SON DƏQİQƏ
» » Xarici media cəbhədən yazdı:"Ermənilərdən uğursuz..."

Xarici media cəbhədən yazdı:"Ermənilərdən uğursuz..."

Tarix:

27-02-2017, 23:04

/ 3 566 dəfə oxundu.
Xarici media cəbhədən yazdı:"Ermənilərdən uğursuz..."

Özbəkistanın "tnews.uz" portalı Ermənistanın cəbhə xəttindəki son təxribatları ilə bağlı geniş məqalə yayıb.
Gunaz.az
-ın məlumatına görə, məqalədə bildirilir: "Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin bütün istiqamətlərində təxribatlar törədib, Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstəriblər. Ermənilər Xocavənd-Füzuli istiqamətində Azərbaycan mövqelərini ələ keçirməyə cəhd edib, lakin bunun qarşısı qətiyyətlə alınıb".
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilib. Bildirilib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə daha yeddi rayonu işğal edib, bu isə Azərbaycan torpaqlarının 20 faizi deməkdir. Münaqişə nəticəsində 1 milyon azərbaycanlı öz ata-baba torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və məcburi köçkünə çevrilib.
Məqalədə Dağlıq Qarabağda keçirilən qondarma "referendum” haqqında da danışılıb, vurğulanıb ki, bu, ermənilərin növbəti təxribatıdır.
скачать dle 12.1

Şərhlər