Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə göndərilən humanitar yüklərin arasında Türkiyə istehsalı uşaq bezləri də varmış.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Qarabağdakı ermənilər bundan “xəbər tutduqdan” sonra o bezlərin yandırılmasını tələb ediblər. İddialara görə, Ağdamdan yalnız Rusiya Qızıl Xaç Cəmiyyətinin “Rusiya istehsalı olan malları” gətirməsinə izn verilib.