Bu günə qədər "Fərat qalxanı” hərəkatı çərçivəsində keçirilən əməliyyatlar zamanı 2156 İŞİD-çi, 321 PKK-PYD üzvü zərərsizləşdirilib. Gunaz.az-ın məlumatına görə, hərəkat müddətində terrorçulara məxsus 1332 hədəf Türkiyə Hava Qüvvələri tərəfindən dağıdılıb.
Həmçinin, kustar üsulla hazırlanmış 3282 partlayıcı maddə və 55 mina məhv edilib.