SON DƏQİQƏ

Türkiyəyə qarşı YENİ ORDU

Tarix:

21-01-2017, 14:51

/ 10 608 dəfə oxundu.
Türkiyəyə qarşı YENİ ORDU

Suriya və İraqın şimalında məskən salan terrorçulardan quru gücü kimi istifadə etmək istəyən ABŞ və İngiltərə onlara təlim vermək və silahlandırmaqla kifayətlənməyib.
ABŞ və İngiltərə PKK terrorçularına nizami ordunun hərbiçiləri kimi forma geyindirir, onları silahla təchiz edirlər.
Sincardan Kərkükə qədər geniş bir ərazidə hərəkət sərbəstliyi qazanan təşkilat, İŞİD terror qruplaşmasından qaçan yezidi gəncləri də sıralarına qatır. Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin 2016-cı il üçün hazırladığı media hesabatında PKK-ya verilən yeni silahlar və hərbi formalarının fotoşəkilləri yer alıb.
"PKK ona verilən hərbi dəstəklə görünüşünü dəyişdirməyə başlayıb. PKK Qərb hərbi mütəxəssislərin nəzarəti altında illərdir ki, terror ordusunun alt təbəqəsini hazırlayır. Suriya və İraqın şimalında terror kantonları, bazalar və düşərgələr qurulur”, - deyə hesabatda bildirilir.
PKK hazırda Kərkükün cənubunda döyüşçü toplayır. Həftəlik proqramlar şəklində Qərb mütəxəssisləri tərəfindən verilən silahlı təlimdən sonra bu döyüşçülərə hərbi forma geyindirilir. Döyüşçülər andiçmə mərasimlərində Türkiyənin ünvanına təhqirlərlə dolu şüarlar səsləndirirlər.(Publika.az)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ