SON DƏQİQƏ
» » Sülh müqaviləsi ilin sonuna kimi bağlanmayacaq?- KREMLDƏN AÇIQLAMA

Sülh müqaviləsi ilin sonuna kimi bağlanmayacaq?- KREMLDƏN AÇIQLAMA

Tarix:

24-11-2022, 14:17

/ 1 876 dəfə oxundu.
Sülh müqaviləsi ilin sonuna kimi bağlanmayacaq?- KREMLDƏN AÇIQLAMA

Ermənistan KTMT-də mütləq qalacaq.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hər şeyin razılaşdırıla bilməməsinə baxmayaraq, KTMT sammiti təşkilatın tələbini və canlılığını təsdiqlədi”, - deyə Peskov bildirib.

"Danışıqların, hazırda yaşadığımız anın mürəkkəbliyi, beynəlxalq münasibətlərdə və ümumilikdə beynəlxalq sistemdə paradiqmanın dəyişməsi ilə bağlıdır”, - Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Dmitri Peskov Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından danışarkən deyib:

 

"Rusiya çox mühüm rol oynamaqda davam edir. Rusiyanın bütün təklifləri tərəflər tərəfindən təsdiqlənib. Biz xidmətimizi, dayanıqlı nizamlanmaya nail olmaq üçün ölkələrin ehtiyac duyduğu dərəcədə göstərməyə davam edəcəyik. Ermənistan və Azərbaycanın sülh müqaviləsi ilə bağlı razılığa gəlməsi çox vacibdir. Əsas problem budur. Və biz hamımız bu problemi həll etmək üçün bir-birimizlə rəqabət aparmadan əlimizdən gələni etməliyik”.

Müqavilənin ilin sonuna qədər imzalanması perspektivini şərh edən Peskov deyib:

"Heç kim belə mürəkkəb müqavilənin imzalanmasını konkret tarixə uyğunlaşdırmağa çalışmır. Bu, səhv olardı. Əsas odur ki, o, dayanıqlı və etibarlı sənəd olsun”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ