SON DƏQİQƏ
» » ABŞ-ın prezidenti NATO-nu köhnəlmiş təşkilat adlandırıb

ABŞ-ın prezidenti NATO-nu köhnəlmiş təşkilat adlandırıb

Tarix:

16-01-2017, 08:34

/ 4 528 dəfə oxundu.
ABŞ-ın prezidenti NATO-nu köhnəlmiş təşkilat adlandırıb

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb.
D.Tramp bu barədə Almaniyanın "Bild” və Böyük Britaniyanın "Times” qəzetlərinə verdiyi müsahibədə deyib.
"Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”, deyə D.Tramp bildirib.
O, həmçinin Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu, bunun müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.

Gunaz.az 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ