Ağstafada şəhidlə vida mərasimi keçirilir

Ağstafada şəhidlə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Tahir Çingiz oğlu Əliyev ilə vida mərasimi başlayıb.

Mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

скачать dle 12.1
Geri qayıt