Dünən şəhid olan Anarın anası vəfat edib?

Dünən Laçında şəhid olan Anar Kazımovun anasının ölüm xəbəri həqiqəti əks etdirmir.
Bu sözləri Şəmkir rayon icra nümayəndəsi Elgün Seyidov deyib.
"Şəhidimizin anası sağ-salamatdır. Hazırda onların evindəyik. Yayılan xəbərlər sadəcə şayiədir”, - o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə dünən Laçında şəhid olan 2004-cü il təvəllüdlü Anar Kazımovun anasının oğlunun ölümünə dözməyərək vəfat etdiyi iddia olunub.