Türkiyə-Azərbaycan münasibətləri yeni tarixi mərhələdə
Bütün tarixi mərhələlərdə Türkiyə və Azərbaycan bir-birinin yanında olmuş qardaş ölkələr kimi tanınır. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri zamanın sınaqlarından çıxmış və möhkəm təməl üzərində qurulmuşdur. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olaraq Türkiyə bugünədək bütün iqtidarların dövründə Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəkləməkdə davam etmişdir. Soykökü, tarix, mədəniyyət və dil birliyinə malik olan bu iki dövlət arasında əməkdaşlıq bu gün daha da genişlənməkdə və dərinləşməkdədir.
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi” qəbulundan bir il ötdü.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Vətən müharibəsi başlandı və 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu düşməni darmadağın edərək 30 ildən çox işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri Bakıda hərbi Qələbə paradını birgə keçirdilər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada Bəyannamə imzalandı və iki qardaş ölkə arasında hərbi-siyasi sahədə münasibətlərin yeni mərhələsinin əsası qoyuldu və bu haqda bütün dünyaya bir ciddi mesaj verildi. Hazırda ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri və dairələri dayandırdı.
1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra onun müstəqilliyini tanıyan ilk ölkə də məhz Türkiyədir. Bütün iqtidarlar dövründə Türkiyə-Azərbaycan münasibətləri yanlız yüksələn xətlə inkişaf etmişdir.Türkiyə prezidentləri və baş nazirləri: Turqut Ozal, Süleyman Dəmirəl, Əhməd Nezdət Sezar, Abdulla Gül, Rəcəb Tayyib Ərdoğan hər biri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına öz layiqli töfhəsini vermişlər.
1990-cı ildən sonra blokadaya düşmüş Naxçıvan Muxtar Respublikasının son dərəcə ağır iqtisadi və siyasi blokadadan qurtarması üçün Türkiyə prezidenti Turqut Ozalın və Türkiyənin Baş naziri olan Süleyman Dəmirəlin göstərişi ilə Naxçıvan MR-ə 100 milyon ABŞ dolları dəyərində kredit ayrılmışdır. Həmin kredit blokada şəraitində olan Naxçıvanı xilas etməkdə həmin vaxt Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyevə boyük dəstək olmuşdur. Türkiyənin son 20 ildə iqtidarda olan bütün hakimiyyətləri Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq səsini dəstəkləmiş, Ermənistan Respublikası ilə sərhədləri bağlayaraq onunla hər cür əlaqələri kəsmişlər.
Şübhəsiz ki, Azərbaycanın son qələbələrinin əldə olunmasında hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın özünəməxsus şəkildə rolu var. Türkiyədə 2014-cü ilin martın 30-da keçirilən bələdiyyə seçkilərində və 2014-cü il avqustun 10-da keçirilən prezident seçkilərində qalib gələn Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və baş nazir və prezident kimi Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz Türkiyə üçün qardaş ölkə olan Azərbaycana etməsi bir daha sübut edir ki, bizi bir-birimizə bağlayan tellər sarsılmazdır.
Azərbaycan Respublikası müstəqillik qazandığı ərafədə onun milli azadlıq hərakatına ilk dəstək verən və daim müdafiə edən dövlətlərin birincisi məhz Türkiyə olmuşdur. 1990-cı il Yanvar faciəsi ərəfəsində Azərbaycanın haqq səsinə səs verən və onu dünyaya çatdıran ilk dövlətlərdən biri də Türkiyə oldu. 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra onun ilk müstəqilliyini tanıyan ölkə də məhz Türkiyədir. Bütün iqtidarlar dövründə Türkiyə-Azərbaycan münasibətləri yanlız yüksələn xətlə inkişaf etmişdir.Türkiyə prezidentləri Turqut Ozal, Süleyman Dəmirəl, Əhməd Nezdət Sezar, Abdulla Gül, Rəcəb Tayyib Ərdoğan, baş nazirlər Məsud Yılmaz, Tansu Çillər, Əhməd Davudoğlu və başqaları hər biri bu münasibətlərin daha da möhkəmlənməsinə layiqli töhvə vermişlər. 1990-cı ildən sonra blokadaya düşmüş Naxçıvan Muxtar Respublikasının son dərəcə ağır iqtisadi və siyasi blokadadan qurtarması üçün Türkiyə prezidenti Turqut Ozalın və Türkiyənin Baş naziri olan Süleyman Dəmirəlin göstərişi ilə Naxçıvan MR-ə 100 milyon ABŞ dolları dəyərində kredit ayrılmışdır. Həmin kredit blokada şəraitində olan Naxçıvanı xilas etməkdə həmin vaxt Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyevə boyük dəstək olmuşdur. Türkiyənin son 20 ildə iqtidarda olan bütün hakimiyyətləri Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq səsini dəstəkləmiş, Ermənistan Respublikası ilə sərhədləri bağlayaraq onunla hər cür əlaqələri kəsmişlər.
Bu gün qardaş və dost Türkiyə ilə əlaqələr daim yüksələn xətlə inkişaf edir. TAP,TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması nəticəsində bu iki dövlət faktiki olaraq ayrılmaz tellərlə bir-birinə bağlanmışlar. Bu gün Azərbaycan Türkiyənin inkişafına böyük həcmdə investisiya qoyur. SOKAR-ın enerji və infrastruktur sahəsində investisiyalarının qısa zaman ərzində 17-20 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. Türkiyə-Azərbaycan dostluq tellərinin ketdikcə daha sıx tellərlə bağlandığının daha bir nümunə Türkiyədə "Star” zavodunun açılışı oldu. İzmirdə tikintisi 7 il davam edən "Star” Neft Emalı Zavodunun təməli dövlət başçıları İlham Əliyev və Rəcəb Tayib Ərdoğan tərəfindən 2011-ci ilin oktyabrın 25-də qoyulub və oraya 5,5 milyard dollar investisiya qoyulmuşdur. Bu zavod Azərbaycanın türkiyədə ən böyük investisiya layihəsidir. 6,3 milyard dollar dəyərində olan və 4 nəhəng layihədən ibarət olan bu kompleksin açılışı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2018-ci il oktyabrın 19-da baş tutdu. ”Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək. Həmin zavodun tikintisində 19 min 500 işçi çalışıb. Bu həm də 1100 yeni iş yeri deməkdir. Bu müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –SOCAR çıxış edir. Məlum olduğu kimi, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda 2018-ci ilin avqust ayından etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azəri-Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir. Bu layihənin işə düşməsi nəticəsində Türkiyənin xaricdən idxal etdiyi yanacaqın həcmi 40%-ə düşəcək. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70%-ə düşəcək.”Star” zavodu neftin qiymətinin qalxıb-enməsindən asılı olaraq hər il 6-8 milyard dollarlıq məhsul istehsal edəcək. "Star”neft emalı zavodunda təyyarə yanacağı, az kükürdlü dizel yanacağı, neft koksu, qarışıq ksilen və kükürd də istehsal olunacaq. Bu nəhəng layihə hər iki ölkəyə böyük məbləğdə qazanc gətirməklə bərabər, neft və kimya məhsullarının idxalında xaricdən asılılığı azaldacaq. Eyni zamanda "Star”da istehsal olunan məhsullar hesabına yeni-yeni sənaye məhsulları yaradılacaq. Bu zavodun açılışı son 30 ildə Türkiyə sənayesində real sektora qoyulan ən böyük yatırımdır. Azərbaycan növbəti mərhələdə daha 700 milyon dollar yatırım qoymağı nəzərdə tutub.
Şuşa Bəyannaməsi ölkəmizə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşaətrafının gözəl turizm imkanları açılacaq.
Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır və əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
QAFAR ƏLİYEV –YAP QARADAĞ RAYON TƏŞKİLATININ SƏDRİ
