Vətən torpağını anadan üstün tutan şəhidimiz

Vətən torpağını anadan üstün tutan şəhidimiz
Şəhid anası Mehbarə xanımın oğlu haqqında yazdığı kövrək xatirələrini oxuyarkən çox duygulandim,kövrəldim . Həm də belə igid ogulla fəxr etdim.
Şəhid anasının ürək cırpıntıların" Həkəri" qəzetində çap etməklə   vətən uğrunda şəhid olmuş cəmi soydaşlarımıza Allahdan rəhmət , valideynlərinə, doğmalarına səbr diləyirəm;
Şəhid Fəxri Qəribzadə 10 Yanvar 1994-  cü ildə  Bərdə rayon Güloglular kəndində kasıb bir ailədə dünyaya gəlmişdi. Fəxridən böyük Türkanə adlı bir bacısı da vardı.Məlum səbəblərdən Fəxrinin ailəsi Bakıya köçür.Fəxri çox kiçik yaşlarından ana himayəsində  böyüyür.
O artıq ailənin agır yükünün onun çiyinlərində oldugunu hələ uşaq ikən hiss eləmişdi.
Yaşıdları kimi boş vaxtını küçədə bayırda oynamaqla keçirmir ,evdə anasının və bacısının yanında olur, gücü çatmasa da ,hansısa bir işi görməyə çalışırdı.Elə bu minvallada Fəxri heç uşaqlığın yaşaya bilmədi.Fəxri ilk kövrək addımlarını məktəbə Bakı şəhər Suraxanı rayonundakı 114 saylı məktəbdə atdı.Hər addımda yaşıdlarından fərqlənən Fəxri dərslərində əla oxuyur, hər gün aldıgı əla qiymətlərlə anasını sevindirirdi.Tez böyüməyə çalışırdı.Artıq özünü evin kişisi kimi aparır, agır təbiətli bir gənc yetişirdi, mərd qürurlu hünərli.
 İkinci sinfə keçəndə Fəxri idmana getmək istədiyini dedi .
Mən də get dedim. Məktəb, idman ev .
Və bir gün ana mən ərəb əlifbasın öyrənmək istəyirəm-  dedi.
 Get öyrən - dedim .
 Bacıma da icazə ver, dərsimizi yenə yaxşı oxuyacayıq - deyən oğlumun ərəb dilini də öyrənməsinə icazə verdim.
İkisi də məktəbə , sonrada mədrəsəyə getməyə başladılar.
  Mən evi dolandırmaq üçün səhər tezdən işə gedirdim .
Ev kirəsi ,uşaqların əyni, başı, yeməyi , bir sözlə çox çətinliklə dolanırdıq. Amma uşaqlarım heç nəyi özlərinə dərd eləmirdi , mən də nə qədər agır günlər olsa da uşaqlarımla fəxr edirdim. Fəxri hər gün daha bir sevinc qatırdı bu çətin günlərimizə .
İdmanda artıq yarışlara gedir , medal , fəxri diplom,  tərifnamələrlə gəlirdi 
Artıq evin yükün çəkməyi planlaşdırırdı ,dərsdən qalan vaxtlarında bəzi yerlərdə işləməyə başlamışdı.
Hər gün böyüyən uşaqlar hər gün çətinliklər , amma Fəxri vardı , məni heç fikirləşməyə qoymurdu. Böyüyüm səni xanım kimi saxlayacam - deyirdi.
 Hara getsə ugurla , qələbəylə qayıdardı.   İllər keçir.
 Fəxri böyüyürdü , çox fərqli biriydi, səssiz, dinməz, ədəbli, qürurlu. Heç vaxt kasıblıqdan yoxluqdan utanmazdı. Allaha min şükür deyərdi Fəxri orta məktəbi əla qiymətlərlə bitirdi.
2011- ci ildə həqiqi hərbi xidmətə yollandı l. Xidmətini Murovdag yüksəkliyində N saylı hərbi hissədə fəxri fərmanla bitirdi.
Həqiqi hərbi xidməti bitirdikdən sonra Fəxri mühafizə xidmətində işləməyə başladı.
  2016-cı il aprel döyüşlərinə qədər .
Aprel döyüşləri başlayanda Fəxri də getdi amma müharibə tez başa çatdı.
 Fəxri çox üzülmüşdü, torpaq ,Vətən sevgisi, düşmənə nifrət hissi o qədər böyük idi ki ,özün  heç  cür bagışlaya bilmirdi.  Yenidən hərbi hissəyə dönmək qərarına gəldi, fikrini mənə dedi mən də sən istədikdən sonra mən yox deyə bilmərəm ,bir şuşalı, qarabaglı qızı kimi. Vətənimizin  torpaqları işgal altında oldugu üçün mən də çox narahat idim. Fəxrinin qərarlarına çox hörmətlə yanaşırdım. Müddətdən artıq xidməti kursuna getdi ,orada da idman yarışlarına qatılırdı. Çavuş Fəxri  Qəribzadə  o agır gün 27 Sentyabr 2020 - ildə Azərbaycanın mərd ogulları kimi  cavuş Fıxri Qəribzadə ilk gündə Vətən torpaqlarının azadlıgı ugrunda döyüşlərə qatıldı, topraqların alınması, qənimətlərin ələ keçirilməsi , düşmən postlarının.  dağıdılması və canlı qüvvəlırinin  məhv edilməsi üçün əllərindən gələni etdilər.
 Murovdaga ilk bayraq sancanlardan biri də Fəxri oldu .
Murovdagdan başladı döyüş yolu .
Çox sevinirdi,sanki dünya bunun idi ,artıq torpaqları azad edib ,azad ölkədə yaşayacağıq -deyirdi. Xocalı hadisəsi Fəxrini ən çox hiddətlənfirən , narahat edən bir müsibət  idi .Heç cür işğalçı  erməni quldurlarının bu haqsizlıqlarıyla   barışa bilmirdi.
 Bəlkə də aglı kısəndən oğlum  ancaq o qisas günün gözləyirdi .
Artıq geriyə dönüş yoxdu. Oktyabrın üçü ,döyüşlərin birində çiynindən agır yaralanan Fəxri qospitala gəlmir , elə yerindəcə qəlpələri çıxardıb tikiş vururlar.
Əgər anam bilsə yaralıyam məndən çox narahat olacaq, anam bilməsin komandir - deyir.
 Sabahı gün Fəxri  öz manqasıyla  yenidən döyüşlərə qatılır ,yarası açılır , qanamaya başlayır. Fəxri manqa komandiri idi, ona verilən bayragı qan axan yerə bağlayır ki, kimsə görməsin, görən olsa qospitala gətiriləcəyin bilirdi.
 Manqasında olan hər bir əsgəri qardaşı kimi qoruyurmuş, elə hey deyirmiş, ehtiyatlı olun. Amma bir söz də deyirmiş; "  bir güllə bir hədəf  yerə ,boş yerə atmayın , hətta düşmənin bıçagın belə sinəsində gəzdirirmiş yəni mənim silahım olmasa bu bıçaqla da mən qisasımı alacam  deyirdi 
Hər döyüşə gedəndə xocalılarınnqisasini almağa tələsirdi, həmişə deyirdi kişi kimi döyüşmək başqa şeydi, yoxsa ki əlsiz- ayaqsız, qocanı, dilbilməz uşagı qızı ,qadını öldürmək  kişilik deyil , 
kişinin düşməni kişi olsun gərək .
Murovdag , Talışkənd Suqovuşanın alınmasında yaxından iştirak etmisdir. Qəhrəmanlıqla döyüşmuşdür.
 Agdərə ugrundakı ən qızgın döyüşlərin birində 10 oktyabr 2020 ildə agır yaralanır , lakin neytral zonada  qalır .
Döyüş yoldaşları və yaralılarla axşamı gözləyirlər, artıq şəhidlər də var idi,amma özü yaralı olmasına baxmayaraq yaralıları və şəhid qardaşlarının orda qalmasına icazə vermir və onları çıxarmaga başlayırlar.
Lakin Fəxri qan itirmədən xəstəxanaya çatmaga az qalmış ,şəhadətə yüksəlir. Bu gün onlarla yaralı qazilərimiz mənim yanıma gəlir ,biri deyirki,  bu gözlər Fəxrinindi, 
o biri deyir bu əllər, bu ayaqlar , bu can Fəxrinindi..Əgər Fəxri bizi xilas etməsəydi, yaralı halıyla bizi çıxarmasaydı indi biz yoxuyduq, bu canı biz Fəxriyə boşluyuq.
Hər zaman hünərli qəhrəman mərd Fəxri yaralı halında belə özünü düşünməyib.
 Mən oglumla fəxr edirdim, uşaqlıqdan ta şəhidliyinə qədər.
 Bu  gün də onun qəhrəmanlığıyla fəxr edirəm, əziyyətim hədər getmədi. Vətınimə, elimə xeyirli bir övlad yetişdim. Fəxri heç nədən qorxmazdı, amma döyüşlərin ilk günü telefonda danışırdıq, sual verdim ki, balam qorxmursan ki? 
 Dedi qorxuram .
Düzü bu söz mənə xoş gəlmədi ,dedim nədən qorxursan axı, sən qorxaq deyildin? 
 Güldü  və dedi;  Ana! Mən qisas almadan, Şuşaya qalxmadan , düşməni bu torpaqlardan çıxartmadan ölməkdən qorxuram, yoxsa ki yüz canım olsa ,yüzü də qurban olsun bu vətənə.
Fəxri şəhadətə qovuşanda yoldaşına deyib ki,anama de məni bagışlasın mən onu heç vaxt tək qoymayacaq onu ömrüm boyu qoruyacaqdım. Amma vətənim olmasa, mən anamı necə qoruyaram  öncə vətən ,sonra ana.
 Vətənini, torpagını anadan üstün tutan oglum ,səninlə fəxr edirəm.
 Mən də deyirəm öncə vətən!
 Mən könüllü əsgər  Mehparə Qəribova deyirəm ki, Vətən bilsin ki, oglumu torpaga tapşırıb  yeddi mərasimindən sonra könüllü müharibəyə yazılan tək şəhid anasıyam.
Şəhid anasının ürək cırpıntılarıni qələmə aldı 
Rauf İlyasoğlu

 


скачать dle 12.1
Geri qayıt