Ümrə ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
O bildirib ki, növbəti Ümrə ziyarəti may ayının 23-nə planlaşdırılıb:
"Hazırda Ümrə ziyarətinə getmək üçün 36 nəfər müraciət edib. Sənədlərin toplanması davam edir”.