Paşayeva bir qrup ziyalı ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin ənənəvi vətəndaş qəbulu günündə yaradıcı ziyalılar - əməkdar artisti Qorxmaz Əlili, gənc musiqiçi Turan Məmmədli, gənc rəssam Nərmin Eybalıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Məhəmməd Qulamov, fəlsəfə dokturu, pedaqoq Mail Yaqub, rəssam Elşən Karaca, "Uğur” milli kamera ansamblının rəhbəri Şərqiyyə Mustafayeva və s. ilə görüşüb.
GunAz.az xəbər verir ki, Q.Paçayeva yaradıcı aydınlara öz sənət, peşə və araşdırma fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına töhfə verdiklərinə görə təşəkkür edib.
"Siz şəxsi nümunələrlə, öz işinizə məsuliyyətli yanaşmalarınızla təqdirəlayiq fəaliyyət göstərirsiz. Sizə təşəkkür edirəm", - millət vəkili vurğulayıb.
Komitə sədri görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb, qayğıları, planları ilə maraqlanıb.