Erməni təxribatçılar Qarabağdan çıxarılır?- AÇIQLAMA

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüşdən sonra Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması məsələsi aktuallaşıb.
Bu prosesin sürətləndirilməsini zəruri edən məsələlərdən biri də sözgedən qüvvələrin tez-tez təxribatlara əl atmasıdır.
Maraqlıdır, erməni silahlı qüvvələrinin çıxarılması yaxın zamanlarda gerçəkləşə biləcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Naqif Həmzəyev sülhməramlıların təxribatçıları zərərsizləşdirməli olduğunu bildirib:
"44 günlük müharibədə Azərbaycanın zəfər qazanması regionla bağlı yeni reallıqlar yaradıb. Ermənistanda bu reallıqlarla barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələr isə regionda davamlı sülhün yaranmasına təhdid olaraq qalmaqdadır. Onlar Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, itirilmiş hesab etdikləri torpaqları yenidən geri almaq istəyirlər. Təəssüflər olsun ki, məlum hadisə də bu məqsədə xidmət edir. Lakin istənilən halda regionda xidmət aparan Rusiya sülhməramlıları baş verənlərdən nəticə çıxarmalı və ermənilərin Azərbaycan ərazisindəki qeyri-qanuni birləşmələrini zərərsizləşdirmək yönündə hərəkətə keçməlidir”.
Millət vəkili əks halda Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququnu özündə saxladığını xatırladıb: