Restoranlarda "çayvoy" alınması qanunidir?

Restoranlarda "çayvoy" alınması qanunidir?

Yorğun iş gününü tamamlamaq, dostlarımızın əhatəsində yaxşı vaxt keçirmək və ya sadəcə dadlı yemək üçün restoranlara üz tuturuq. Təəssüf ki, pandemiyanın ən çox mənfi təsir etdiyi sahələrdən biri olan xidmət sferasında son dövrlərdə bir sıra problemlər müşahidə olunur. Bunlardan biri də müştərilərdən tələb olunan əlavə servis haqqıdır. Belə ki, paytaxtda yerləşən bir çox restoran vətəndaşa əvvəlcədən məlumat vermədən ümumi hesaba 10-15% servis haqqı əlavə edir.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.

 

O bildirib ki, belə hallarla rastlaşan müştəri buna mütləq şəkildə etiraz etməlidir:

"Əlavə servis haqqı barədə müştəriyə əvvəlcədən şifahi formada xəbərdarlıq edilməli və ya menyuda kifayət qədər aydın şəkildə göstərilməlidir. Son hesab təqdim olunarkən xidmət haqqı qiymətlərə əlavə edilərək müştəriyə sürpriz formada təqdim oluna bilməz. Həmçinin, müştərilər əlavə servis haqqını ödəməyə məcbur oluna bilməz. Bu müştərinin açıq şəkildə aldadılması və istehlakçının hüquqlarının pozulması deməkdir. Müştəridən əlavə məbləğin tələb olunması qeyri-qanunidir. Belə olan halda müştəri restoran rəhbərliyinə narazılıq edib pulu ödəməkdən imtina edə bilər. Bəzən müştəri öz abır-həyasına qısılıb, hansısa narahatlıq yaranmasın deyə sürpriz də olsa, əlavə servis haqqını ödəyir. Lakin bu, qanun pozuntusudur və mütləq şəkildə etiraz edilməlidir ki, belə hallar geniş yayılmasın” .

скачать dle 12.1
Geri qayıt