Zakir Həsənov Şoyqu ilə danışdı
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov telefonla Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə ediblər”, - nazirlikdən bildirilib.
Tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
