Vətən müharibəsi qəhrəmanları gənclərə tanıdılacaq

Vətən müharibəsi qəhrəmanları gənclərə tanıdılacaq
GunAz.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qayğı və Himayə” Xeyriyyə Fondu fevralın əvvəlindən "İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsinin icrasına başlayıb.

1 fevral – 1 may 2022-ci il tarixlərində, 3 ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə zamanı Qarabağdakı möhtəşəm Qələbəmiz ilə bitən 44 günlük II Vətən müharibəsində igidlik göstərənlərin qəhəmanlıqları fərqli formalarda - innovativ-kreativ təbliğat və tanıtım tədbirləri vasitəsi ilə gənclərə çatdırılması nəzərdə tutulub.  

"Qayğı və Himayə” Xeyriyyə Fondunun və "İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsinin rəhbəri, tanınmış şairə-publisit Gülayə Rzayeva mətbuat üçün açıqlamasında bildirib ki, maraqlı fəaliyyət növləri ilə qəhrəmanlıq tariximizi əbədiləşdirmək niyyətindədirlər: 

"Layihəmiz ənənəvi - klassik yazı və yeni vizual formaları sintez etməklə, gələcəyin əsgərləri sayılan məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda canından keçmək kimi müqəddəs hissləri aşılayan, hər iki Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını gələcək nəsillərə tanıtmağa yönəlib. Bu istiqamətdə ənnənəvi və yeni metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmış övladlarımızın, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın əbədi-vizual obrazlarını özündə birləşdirən əsərlərin kağız və elektron formada nəşri, tanıtımı, yayımı nəzərdə tutulur. Paralel olaraq İnternet resurslarında yayımlanacaq, daimi qalacaq  vizual və virtual məhsullar, 4 onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə tanıtım aksiyalarını təşkil etməyi düşünürük. 

Ədəbi müsabiqə keçirməklə müxtəlif yaradıcı insanları Vətən qarşısında qəhrəmanlıq, müharibə iştirakçılarına ehtiram və Qarabağın dirçəlişi məsələləri mövzusunda dövlətə yardımçı ola biləcək, müxtəlif sahələrə aid milli ruhlu  peşəkarların yetişdirilməsinə həvəsləndirəcək əsərləri yazmağa motivə edilməsi nəzərdə tutulur. Sonda da kağız kitab və onun elektron variantı gənclər arasında yayımlanacaq, TV proqramlar, yeni media məhsulları vasitəsi ilə vətənpərvərlik təbliğ olunacaq.

Hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirən ədəbi-mədəni müsabiqə və onun nəticəsi olaraq ayrıca kağız/elektron kitabın çapı, təqdimatı ilə yanaçı onlayn TV-də canlı tele-debatların - vizual məhsulların çəkilməsi, yerləşdirilməsi, müxtəlif tanınmış şəxslərin mövzu ilə bağlı fərqli fikirlərinin cəmiyyətə, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, ən yeni nəslin nümayəndələrinin qəbul etdiyi virtual formada debat və kampaniyaların təşkili xüsusi önəmli sayılmalıdır.

 Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.

Hazırlanan vizual-virtual, ədəbi məhsulların İnternetdə yerləşdirməklə daha çox şəxsi əhatələməyi, açıq istifadəyə verməyi, onların virtual sərgisini təşkil etməyi, müxtəlif formatlı vizual-virtual məhsullar hazırlayaraq videopaylaşım platformaları və İnternet TV-lərdə yaymağı, mütaliəyə meyilli intellektual, yüksək estetik dəyərlərə meyilli hərbiçi nəslinin formalaşmasına yardımçı olmağı qarşısıya məqsəd qoyulub. 
Real tanıtım tədbiri, eləcə də sosial şəbəkələrdə yaradılacaq resurslarda - səhifələrdə virtual fəaliyyətləri dəstəkləməklə, İnternet, sosial şəbəkələr, kitablar, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ təbliği üçün "İgidlik zirvəsi" İnternet resursu - sosial şəbəkələrdə virtual fəaliyyətlər, neo-vətənpərvərlik mədəniyyətinin formalaşdırılması əsas prioritet istiqamətlərdir.”  

"Qayğı və Himayə” Xeyriyyə Fondunun Mətbuat Xidməti
Vətən müharibəsi qəhrəmanları gənclərə tanıdılacaq
скачать dle 12.1
Geri qayıt