"Aztelekom": Sumqayıt TKQ rəisinin həbsi xəbəri həqiqəti əks etdirmir - YENİLƏNİB
"Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.
GunAz.az xəbər verir ki, bu barədə "Report”a MMC-dən bildirilib.
Məlumat üçün qeyd edək ki, hazırda audit planına uyğun olaraq "Aztelekom” MMC-nin Daxili audit departamenti tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.
***
20:09
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
GunAz.az Unikal.org-a istinadən xəbər verir ki, son 1 ay ərzində sözügedən qurumda audit yoxlamaları aparılıb.
Onun saxlanılmasına səbəb yeraltı kabelləri satması olub.
