Qarabağ qaziləri kömək istəyir
Əziz həmvətənlərim! Qarabağ həsrətini 30 il çəkdikdən sonra doğma yurduna qovuşanlarım! Sizə müraciət edən Vətən müharibəsi iştirakçısıdır. 44 günlük Vətən müharibəsində bacım Məmmədzadə Lalə Niyazi qızı ilə (o, tibb bacısıdır) birlikdə torpaqlarımızın erməni vandallarından azad edilməsi uğrunda "Dəmir yumruq”a çevrilib döyüşdüm. Bircə amalım vardı: öldürülmüş, əsir götürülmüş ana-bacılarımızın, şəhidlərimizin qisasını almaq! Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə zəfər qazandıq. Bu zəfərin sevincini bütün Azərbaycan xalqına yaşatdığı üçün qətiyyətli Prezidentimizə minnətdarıq.
Bu müraciəti xalqımızın sevimli birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya da ünvanlamağım təsadüfi deyil. Ana müqəddəsdir! Ananı əvəz edə biləcək heç bir varlıq ola bilməz! Mənim də anam Məmmədova Lətafət Əbil qızı "Qaraciyərin paerniximatoz” xəstəliyi, öd kisəsində divar qalınlığının artığı, "”Splenomeqaliya diaqnozu ilə xəstədir. Heç bir yerdə işləmək imkanı yoxdur. 2021-ci ilin yanvar ayından oktyabr ayının 27-dək Respublika Diaqnostika Mərkəzində sonuncu müayinəsinin nəticəsi olaraq mənə məlum olmuşdur ki, anamın qaraciyər serrirozu (Hepatit C) xəstəsi olmaqla yanaşı, qaraciyərində daşlaşma da gedir. Anama 6 ay ərzində qaraciyər köçürülməli, əməliyyat olunmalıdır. Əks halda anamın sağlamlığı və həyatı ciddi təhlükə qarşısındadır.
Qaraciyər köçürülməsi üzrə donor öz ailə üzvlərimizdir. Buna baxmayaraq, zəruri cərrahiyyə əməliyyatı aparılması üçün 45 min manat xərci var. Mən və anam heç yerdə işləmədiyimzdən bu vəsaiti toplamaq imkanımız xaricindədir.
Anasını sevən hər kəsdən xahiş edirəm ki, vəziyyətimizi nəzərə alıb bizim ailəyə dəstək olsunlar. Belə dərd-azardan heç kim sığortalı deyil. Xalqımız həmişə darda olanlara yardım edib. Bəri başdan hər kəsə minnətdaram ki, bizi bu vəziyyətdən qurtaracaqsız, buna inanıram. Anamın həyatı göydə Yaradanımızın, yerdə isə sizlərin əlindədir. İmkanı olub dəstək göstərəcək həmvətənlərim!
Allah sizlərdən razı olsun!
Bank hesab N-sini təqdim edirəm:
Hörmətlə:
Məmmədzadə Orxan Niyazi oğlu,
Biləsuvar şəhəri, Nizami küçəsi, ev-123
Tel.(050) 761-53-60, (077) 504-04-34

