Bakıda sərnişin avtobusunda tüstülənmə - Sərnişinlər təxliyə olundu

Bakıda 65 nömrəli marşrutda hərəkət edən avtobusunda tüstülənmə olub.
Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, "Faiqoğlu MMC”-ə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub.
Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.