BMT Azərbaycana təşəkkür etdi

BMT Azərbaycana təşəkkür etdi

BMT Azərbaycana təşəkkür edib.

GunAz.az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Fərhan Haq mətbuat konfransında deyib.

 

F.Haq BMT büdcəsinə tam ödəniş etdiklərinə görə bir sıra ölkələrə, o cümlədən Azərbaycana təşəkkür etdiyini bildirib:

"BMT büdcəsinə ödəmələri müntəzəm olaraq edən dost ölkələr var. Mən BMT adından Əlcəzairə, Azərbaycana, Koreya Respublikasına, Birləşmiş Ərəb Əmirliklərinə və Vyetnama bu fəxri kürsüdən təşəkkür edirəm. Bununla da, BMT büdcəsinə tam ödəmələrini tamamlayan ölkələrin sayı 37-yə çatıb”.


скачать dle 12.1
Geri qayıt