Silahlı Qüvvələrin qanunvericiliyində dəyişiklik

Silahlı Qüvvələrin qanunvericiliyində dəyişiklik

Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.

Bununla bağlı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

 

Qanunun hazırkı bəndi isə belədir:

"Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

скачать dle 12.1
Geri qayıt