Zakir Həsənovdan yeni təyinat
Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevə vəzifə verilib.
Bu barədə məlumatı Unikal.org yayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmri ilə polkovnik-leytenant Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəis müavini vəzifəsinə təyin olunub. Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, o, müvəqqəti olaraq liseyin rəisi vəzifəsini icra edəcək.