Şəhidin həyatını canlandıran aktyor danışa bilmədi

Şəhidin həyatını canlandıran aktyor danışa bilmədi

Trabzon Maçkada terrorçuların qurduqları pusquda şəhid olan Eren Bülbül və Astsubay Baş Çavuş Ferhat Gedikin həyat hekayəsindən danışan "Kəsişmə: Yaxşı ki, varsan, Eren” filminin dünən premyerası olub. 

TRT istehsalı ilə lentə alınan filmin baş rol ifaçısı İsmayıl Hacıoğlu çıxışında şəhidlərdən danışarkən duyğulu anlar yaşayıb. 

"Yaşanmasını heç istəmədiyimiz bir hekayəni canlandırmışıq. Kaş ki, heç olmasaydı, bu haqda danışmaq bir az çətindir. Allah bütün şəhidlərin ailələrinə və yaxınlarına səbr versin”, - deyə baş rol ifaçısı qeyd edib. Emosional anlar yaşayan İ.Hacıoğlu danışmağa da çətinlik çəkib.

Filmin İstanbul qalasına TRT-nin baş direktoru Mehmet Zahid Sobacı, prodüser Mustafa Uslu, rejissor Özer Feyzioğlu, baş rol ifaçıları İsmayıl Hacıoğlu, Rəhman Beşel, Mutlunur Lafçı, Emir Çiçək, ssenari müəllifləri Mert Dikmen və Alper Uyar qatılıb. Qalaya gələnlər arasında Şəhid Astsubay Baş Çavuşun həyat yoldaşı Cemile Gedik, uşaqları Perizat Kayra Gedik, Alp Koray Gedik, şəhidin qardaşları Eren Bülbül, Arif Bülbül, Figen Bülbül və Olcay Erdoğan Bülbül də olub

скачать dle 12.1
Geri qayıt