Əli Əsədov Rusiya səfiri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.