"Grandmart" şəbəkəsində kompaniya fırıldağı

"Grandmart" şəbəkəsində kompaniya fırıldağı

Grandmart” marketlər şəbəkəsinin Nəsimi rayonunun Nizami 96-98 küçəsində yerləşən filialında 3-18 dekabr aralığında "Persil” yuyucu toz çeşidlərinə (1,5 kiloqram) endirim kampaniyası başlayıb. Amma bu kampaniya məhz müştəriləri aldatmaq məqsədilə keçirilir. İyul ayından sözügedən məhsul 4,49 manata satışa qoyulub. "Grandmart” dekabr ayında endirim kampaniyasına başlayanda həmin məhsulun qiymətini guya 7,45 manatdan 4,49 manata düşdüyünü elan edib.

Bu barədə şəhər sakinlərindən daxil olan şikayətdə deyilir.

Qeyd edək ki, məsələ ilə bağlı "Grandmart” şəbəkəsi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirdilər ki, məsələ araşdırılacaq.axar.az

скачать dle 12.1
Geri qayıt