Media haqqında yeni qanun qəbul olundu

Media haqqında yeni qanun qəbul olundu

Milli Məclisdə "Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

скачать dle 12.1
Geri qayıt