Xankəndində ermənilərin gülünc yolka davası

Xankəndində ermənilərin gülünc yolka davası
Qarabağda normal həyat mümkünsüz görünür.

Bu barədə separatçı-terrorçu rejimin qondarma "parlamentinin üzvü” Metakse Akopyan deyib.

Onun sözlərinə görə, Qarabağdakı mövcud rejimin "rəhbərliyi” ermənilərə normal gələcək vəd etmir.

"Xankəndi bələdiyyəsi bayram keçirməyə hazırlaşır. Yolkanın qurulub-qurulmayacağı məlum deyil, amma o qədər itkidən sonra bunu etmək qəbuledilməzdir”, - Akopyan bildirib.

M.Akopyan Xankəndidə "müxalif siyasətçilərdəndir”. Müharibədən sonra separatçılar arasında ciddi fikir ayrılığı yaranıb, xüsusilə baş separatçı Araik Arutyunyanın "rəhbərlikdən” istefa verməsi, müharibədəki itkilərə görə cəzalandırılması tələbi irəli sürülür.
скачать dle 12.1
Geri qayıt