Sabah hava yağışlı olacaq

Sabah hava yağışlı olacaq

Bu gün artıq səhər saatlarından paytaxt ərazisində dəyişkən buludlu və yağmursuz hava şəraiti hökm sürür. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Bu sözləri ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

"Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu isə 9-11 dərəcə isti olacaq. Bölgələrimizdə də bəzi yerlərdə yağış yağacaq. Əsasən şərq rayonlarında yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 9-14, dağlarda isə 3-8 dərəcə isti olacaq”.

G.Məmmədova bildirib ki, sabah paytaxtda ara-bir yağış yağacağı gözlənilir:

"Axşama doğru yağan yağışın tədricən kəsəcəyi praqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək, ara-bir güclənəcək. Havanın temperaturu 9-11 dərəcə isti olacaq. Bölgələrimizdə də yağan yağış sabah axşama doğru tədricən kəsiləcək. Artıq dekabrın 15-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir”.

скачать dle 12.1
Geri qayıt