Bakının bu rayonunda 4 gündür istilik yoxdur

Bakının bu rayonunda 4 gündür istilik yoxdur

Bakı şəhərinin Xətai rayonunda istiliyin verilməsi 4 gündür kəsilib.

GunAz.az-a məlumat verən sakinlərin sözlərinə görə, Azəristiliktəchizat ASC-nin Gəncə prospektindən keçən magistral xəttində növbəti dəfə boruda sızıntı baş verib. Azəristiliktəchizat ASC-nin mütəxəssisləri ərazisini qazsa da, boru xəttini 4 gündür təmir edə bilmirlər.

Qəzanın nə vaxt aradan qaldırılacağı və istiliyin bərpa olunacağı haqda isə heç bir məlumat yoxdur. "Azəristiliktəchizat” ASC rəhbərliyi sakinlərin sorğularına cavab verə bilmir.

Qeyd edək ki, "Azəristiliktəchizat” ASC-nin yarıtmaz fəaliyyəti nəticəsində istiliyin verilməsinə başlanılan 15 noyabrdan bu vaxta qədər bu, 4-cü qəzadır. Nəticədə 25 gündür başlayan mövsümdə sakinlər üst-üstə cəmi 12 gün istiliklə təmin edilib.


скачать dle 12.1
Geri qayıt